İnternet problemi tam aradan qaldırılmayıb - “Delta-Telekom”
02.12.2015 13:11 Sosreaksiya 2340
“Delta-Telekom”da baş verən yanğının fəsadlarının 95%-i aradan qaldırılıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat şirkətdən bildirib.
“Fəsadların 95%-i aradan qaldırılıb. Düzdür, həmin o 5% bizim işimizə heç bir maneə törətmir. Onun aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülür “, - deyə adının çəkilməsini istəməyən şirkət rəsmisi qeyd edib.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin DATA Mərkəzində baş verən yanğın olmuşdu.
Şərhlər