Zaqatala sakininin əllərini kəsən üç nəfər tutuldu

02.12.2015 13:59     Sosreaksiya     1911

Zaqatalada borca görə 26 yaşlı oğlanın əllərini balta ilə kəsən şəxslərdən daha biri tutulub.

Reaksiya.az oxu.az-a istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun digər üzvü, rayon sakini Akif Mustafayev də saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl iş üzrə Zaqatala sakinləri Rəşad Tahirov və Araz Musayev saxlanılmışdılar.

Beləliklə, tutulanların sayı üçə çatıb.

Şərhlər