85 yaşlı qadın özünü binadan atdı - Bakıda

02.12.2015 14:07     Sosreaksiya     2001

Bakıda intihar hadisəsi baş verib. 85 yaşlı qadın özünü 7- ci mərtəbədən atıb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 90 ünvanında yaşayan 1930-cu il təvəllüdlü Qəmiyzə Haqverdi qızı Niftəliyeva özünü yaşadığı evin 7-ci mərtəbəsinin eyvanından atıb. 

85 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Şərhlər