Bu marşrutun hərəkət istiqaməti dəyişdi

03.12.2015 06:24     Sosreaksiya     1537

Avropa Oyunları zamanı 49 saylı avtobusun hərəkət istiqamətində dəyişiklik olunmuşdu.

Reaksiya.az-ın ans-ə istinadən məlumatına görə, 49 saylı marşrut avtobusu Atəşgah dairəsindən Xətai metrostansiyasına kimi hərəkət edirdi. Artıq sakinlərin şikayətləri nəzərə alınaraq, hərəkət istiqamətində dəyişiklik olub.

NİİM-in rəsmisi Şəfa Mehmanqızı bildirib ki, 49 saylı avtobus Atəşgah dairəsindən Xətai metrostansiyasına kimi yox, Süleyman Rəhimov küçəsinə qədər hərəkətini davam etdirəcək. Hərəkət dairəsi isə tam olaraq belə olacaq:

Atəşgah dairəsi, Bakıxanov dəmiryolu stansiyası, Bakıxanov Ticarət Mərkəzi, Babək prospekti, Xətai metrostansiyası, Xətai prospekti (Şərq və Yaşıl bazar), Cəfər Cabbarlı metrostansiyası, Azadlıq prospekti və Süleyman Rəhimov küçəsi.

Şərhlər