57 yaşlı qadın özünü yandırdı - Gədəbəydə

03.12.2015 10:08     Sosreaksiya     2111

Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. Qadın dərhal Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumata görə N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər