Universitet müəllimi özünü asdı - Bakıda

03.12.2015 10:53     Sosreaksiya     2017

Dünən Bakının Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi intihar edib. 

Reaksiya.az Virtual.org-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən xəbər veriblər.

Məlumata görə, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsindəki evinin çardağında özünü asıb.

Hadisə yerindən mərhumun məktubu tapılıb. Həmin məktubda o bildirib ki, xəstəlik üzündən intihar edir.

İlkin məlumata görə, mərhum intihardan bir müddət əvvəl ürəyindən əməliyyat olunubmuş.

Şərhlər