İTV və ATV əməkdaşları ifadə verdi - Nardarandakı təzyiqə görə
03.12.2015 11:38 Sosreaksiya 2285
Nardaran hadisələri zamanı təzyiqlə üzləşən jurnalistlər prokurorluqda ifadə veriblər.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində çəkiliş apararkən qəsəbə sakinləri tərəfindən təzyiqə məruz qalan İctimai Televiziyanın (İTV) və Azad Azərbaycan Televiziyasının (ATV) çəkil qrupunun üzvləri prokurorluğa dəvət edilərək onların ifadələri alınıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında jurnalistlərin prokurorluqda ifadə verdiklərini təsdiqləyib.
Qeyd edək ki, noyabrın 26-da Nardaran qəsəbəsində baş verən insidenti işıqlandırma üçün bu qəsəbəyə gedən bir qrup jurnalist təzyiqlə üzləşib. Hadisə zamanı ATV-nin avtomobilinin şüşələri sındırılıb, bir neçə jurnalistə xəsarət yetirilib.
Şərhlər