Nardaranda silah-sursat tapıldı - VİDEO

03.12.2015 13:23     Sosreaksiya     2083

Bakının Nardaran qəsəbəsində silah-sursat tapılıb.

Reaksiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon  Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılıb. 

Şərhlər