Əflatun Amaşov şəhidin ailəsinə baş çəkdi
03.12.2015 16:19 Sosreaksiya 2102
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Mətbuat Şurasının sədr müavini, Beynalxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli bu gün Saatlı rayonunun Mollavazlı kəndində şəhid Fariz Novruzovun yas mərasimində iştirak ediblər.
Reaksiya.az xəbər verir ki, Əflatun Amaşov bu barədə öz "facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, "Vətən torpağı uğrunda mübarizədə həyatını itirmiş hər bir şəxsin xatirəsi ucadır, Fariz də xatirəsi uca tutulmağa layiq dəyərli Vətən oğludur".
Qeyd edək ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Fariz Novruzov noyabrın 30-da təmas xəttində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub.
Şərhlər