Azərbaycan və Çin enerji sahəsində əməkdaşlığı genişləndirir

04.12.2015 00:57     Sosreaksiya     1437

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Pekin şəhərində keçirilmiş 5-ci iclası çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun Çinin energetika üzrə dövlət qurumları və qabaqcıl şirkətlərinin rəhbərləri ilə rəsmi görüşləri baş tutub.

Agentlikdən verilən xəbərə görə, dövlət agentliyinin Çin Xalq Respublikasının Milli Energetika Administrasiyası, həmçinin Yaşıl Enerji Şirkəti, “Powerchina” Enerji Tikinti Korporasiyası, Hanergy Holdinq Qrupu ilə görüşdə iki dövlət arasında əməkdaşlıq əlaqələrinin daha da  genişlənməsində tərəflər yüksək maraq olduğunu vurğulayıblar.

Görüşlər zamanı dost ölkə ilə  alternativ və bərpa olunan enerji mənbələri  sahəsi üzrə təcrübə mübadiləsi, istehsal sahələrinin layihələndirilməsi və tikintisi, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.  Həmçinin Çinin enerji  şirkətləri Dövlət Agentliyi  tərəfindən həyata keçirilən layihələrə və bu istiqamətdə  Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması üzrə sərmayə qoyuluşuna maraqlı olduqlarını bildiriblər.

Şərhlər