Azərbaycan Qırğızıstana humanitar yardım göndərəcək

04.12.2015 01:09     Sosreaksiya     1532

Azərbaycan Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndərəcək.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumatda deyilir.

“Bu ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib. Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğızıstan hökuməti Azərbaycana müraciət edib. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür”, - deyə məlumatda qeyd olunur.

 

Şərhlər