Güclü yağış Lənkəranda fəsadlar törədib
04.12.2015 02:09 Sosreaksiya 1681
Lənkəran rayonu ərazisində dekabrın 2-də günorta saatlarından başlayan yağış axşam güclənib.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, sel suları rayonun ayrı-ayrı yaşayış məntəqələrində yenidən fəsadlara səbəb olub. Yağışın güclü küləklə müşayiət olunması bir sıra yerlərdə hündür ağacların yıxılması ilə nəticələnib. Lənkəran şəhərinin əksər küçələrində gölməçələr yaranıb. Sel suları həyətlərə dolub. Maşınların və piyadaların hərəkəti çətinləşib.
Hazırda rayonda yağış yağmaqda davam edir.
Qeyd edək ki, oktyabr və noyabr aylarında da intensiv yağışlar nəticəsində Lənkəranda yüzlərlə ev sel sularının altında qalıb, 5-ə yaxın körpünü sel aparıb, sakinlərə xeyli maddi ziyan dəyib.
Şərhlər