Xilas olunan neftçilərin sayı 29-a çatdı - YENİLƏNİB-2
05.12.2015 16:12 Sosreaksiya 3262
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündən 29 nəfər xilas edilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
Xilasetmə işləri davam edir.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
14:12
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, xilas edilənlərin sayı 15-ə çatıb.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
Hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.
13:32
Hazırda "Günəşli" yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.
Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
12:05
Yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barərə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir. FHN-nin vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.
Bundan başqa, platformada yanğının hələ də davam etdiyi bildirilib: “Dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir”.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
Şərhlər