Sürücü bir gündə iki piyadanı vurdu - Bərdədə

05.12.2015 13:33     Sosreaksiya     1997

Bərdə şəhərində sürücü idarə etdiyi avtomobillə iki piyadanı eyni gündə vurub.

Reaksiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurub. R.Malıyev avtomobilində yaralını xəstəxanaya apardıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi vurub.

R.Hacıyev xəstəxanaya yerləşdirilib. S.Ağayev isə xəstəxanada ölüb.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Şərhlər