Silahlı Qüvvələrimiz erməniləri artilleriya atəşinə tutdu - VİDEO

05.12.2015 14:49     Sosreaksiya     1818

Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən video yayıb.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, atəşin koordinasiyası pilotsuz uçan aparatın məlumatlarına görə aparılıb.

Atəş nəticəsində həmin vaxt ərazidə olan erməni hərbçiləri ölüb, həmçinin yaralılar da var. Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub.

Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.

 

Şərhlər