Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 10 nəfər təxliyə edildi

05.12.2015 17:18     Sosreaksiya     1987

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə televizor, kondisioner və dəhlizin tavanı 6 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər