"Biz fikirləşib nəticə çıxarmalıyıq" - Xoşbəxt Yusifzadə

07.12.2015 10:06     Sosreaksiya     1825

"Xilasedici gəmilərdə bir dəyişiklik edilməlidir".

Reaksiya.az xəbər verir ki, bunu ANS-ə müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, layihələndirilmiş estakadalar bu hüdürlüyə, yəni 13 metrəyə qədər hesablanmamışdı.

"Biz bu günə qədər nə iş görürüksə, 13 metrəni nəzərə alaraq estakadanı o hüdürlüyə qədər qaldırırıq. O vaxtdan etibarən bizdə belə bir hadisə olmayıb. Biz burada şahidi olduq. Külək 27 saat davam etdi. Məhz küləyin uzun müddət davam etməsi nəticəsində dalğanın hüdürlüyü qalxaraq 8-10 metrə çatdı. Bundan sonra biz fikirləşib nəticə çıxarmalıyıq. Belə bir hadisənin bir daha baş verməməsi üçün layihələndirmə zamanı bu hal nəzərə alınmalıdır.  Bundan başqa onlar xilasedici gəmidə bu küləkdə, bu dalğada suya düşsəydilər belə üzə bilməyəcəkdirlər", - Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, platformada 63 nəfərin olmasına səbəb var.

"Biz orada əlavə olaraq daha 4 quyu qazımaq istəyirik. Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63 -ə çıxmışdı. Əgər orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olamasa idi əlbəttə bu qədər adam olmayacaqdı", - Xoşbəxt Yusifzadə əlavə edib.

Şərhlər