Dalğıclar 10-cu platformanın altında
07.12.2015 11:08 Sosreaksiya 1824
Dekabrın 4-də güclü yanğın baş verən “Günəşli” yatağındakı 10-cu özüldə itkin düşənlərin axtarışına daha iki gəmi cəlb edilib.
Reaksiya.az ANSPRESS-ə istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, hadisə yerində axtarış xilasetmə işləri davam edir. Bu gün dalğıclar estakadanın altında axtarış aparmaq üçün işə başlayıblar.
Külək şimaldan əsdiyi üçün itkin düşənlərin meyitlərinin burada olacağı ehtimal edilir.
Bundan başqa Buzovna istiqamətində beş dəst geyim aşkarlanıb. Xilasedicilər dərhal adıçəkilən istiqamətdə işə başlasalar da bunların balıqçı geyimi olduğu müəyyən edilib.
Yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.
Şərhlər