Kadırov başsağlığı verdi

07.12.2015 10:58     Sosreaksiya     1953

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” neft platformasında baş verən yanğınla bağlı başsağlığı verib.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Kadırov bu barədə məlumatı İnstagram səhifəsində paylaşıb. 


Başsağlığında deyilir: “Salam Əleyküm, Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyev! Biz “Günəşli” neft yatağında baş verən faciəli hadisə ilə bağlı kədər hissini sizinlə bərabər yaşayırıq. Platformadakı yanğın insan tələfatına gətirib çıxarıb, itkin düşənlər var. Bu ağır zamanda bizim qəlbimiz Azərbaycan xalqı, "Günəşli" yatağındakı neftçilərin yaxınları və doğmaları ilədir. Əziz İlham Əliyev, sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah bütün ölənlərə rəhmət eləsin". 

Şərhlər