İtkin düşənlər tapılmayıb - Yanğın hələ hə davam edir

07.12.2015 11:29     Sosreaksiya     1870

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir", - deyə B. Ağarəhimov bildirib.

O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir.

Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.

 

Şərhlər