“Neft Daşları”nda itkin düşən 3 nəfərlə bağlı - cinayət işi açıldı
07.12.2015 11:45 Sosreaksiya 2380
“Neft Daşları”nda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.
Dənizdə operativ axtarış işlərinə başlanılıb. İtkin düşənlər hələlik tapılmayıb.
Şərhlər