Daha iki küçə təmirə bağlandı

07.12.2015 12:07     Sosreaksiya     1943

Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı "Baku City Circuit" (BCC) gələn il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Bu gündən etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov və Xəqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanıb.

Bundan əlavə, Bül-bül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb.

Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Xəqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində dekabr ayının 2-dən başlayan təmir işləri artıq başa çatıb.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Şərhlər