"Yanğında itkin düşənlərlə bağlı yeni informasiya yoxdur" - Qərargahdan rəsmi açıqlama
07.12.2015 12:35 Sosreaksiya 1831
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərlə bağlı yeni informasiya yoxdur.
Reaksiya.az xəbər verir ki, bu barədə operativ qərargahdan məlumat verilib.
“Saat 11:00-dakı mətbuat konfransında bildirilənlərdən sonra hələ ki, yeni bir məlumat yoxdur. Axtarış-xilasetmə işləri davam edir. Respublikanın Xəzər dənizi Donanmasının gəmiləri, Fövqaladə Hallar Nazirliyinin helikopterləri axtarış işləri ilə məşğul olurlar. Dalğıclar, bütün lazımi avadanlıqlar hamısı qəza yerindədir”, - deyə qərargah rəsmisi qeyd edib.
O, həmçinin son bir saat ərzində mətbuatda həlak olan neftçilərdən birinin cəsədinin suyun üzünə çıxması ilə bağlı yayılan videonun reallığı əks etdirmədiyini bildirib: “Elə bir xəbər yoxdur, olsaydı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mətbuat xidməti dərhal informasiya yayardı. Hamımız belə bir xəbər gözləyirik ki, xalqa məlumat verək”.
Şərhlər