Dövlət rəsmiləri xəstəxanadakı neftçilərə baş çəkdi
07.12.2015 12:40 Sosreaksiya 1833
SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Mərkəzi Neftçilər Xəstəxanasına gələrək "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkiblər.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, onlar xəstələrin səhhəti ilə maraqlanıb, son durumları haqda həkimlərdən məlumat alıblar.
Xatırladaq ki, qəzada xəsarət alan 9 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicələrini davam etdirirlər.
Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.
Şərhlər