Daha bir əsgərimiz şəhid oldu

07.12.2015 14:25     Sosreaksiya     1783

Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Şərhlər