Bulvarda intihara cəhd

07.12.2015 15:25     Sosreaksiya     1907

Dənizkənarı Milli Parkda intihara cəhd olub.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər