"O mütləq gələcək" - Oğlunun itkisinə inanmır

07.12.2015 15:29     Sosreaksiya     2021

"Günəşli" yatağında 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşən İsgəndərov İnqilab barəsində məlumat yayılıb.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə İ. İsgəndərovun Mingəçevir sakini olduğunu bildirib:

“29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olan İnqilab ixtisasca nəqliyyatçıdır. Ancaq axırıncı 10 ili dənizdə işləyib. İki övladı var, qızına bu ilin aprelində, oğluna isə sentyabr ayında toy edib.

İnqilabın 10 gün əvvəl ad günü olub, o doğum günün dənizdə keçirib. Ona təbrik üçün zəng edənlərə " Ad günümü sahilə qayıdanda qeyd edərik" deyirmiş. Anası Qəmərxanım Mingəçevirdə tanınmış və böyük hörməti olan ibtidai sinif müəlliməsidir.

Bu gün zəng edib ona təsəlli verdim, ancaq ana hələ də oğlunun itkisinə inanmır. "O mütləq gələcək" dedi”.

Son doğum gününü dənizdə qeyd etdi... -  Fotolar

 

Şərhlər