Çində hamilələr üçün xüsusi kabelsiz internet modemi

25.06.2015 02:18     Sosreaksiya     2556

Çinin texnologiya firması Qihoo 360, hamilələr üçün xüsusi bir modem hazırlayaraq bazara çıxarıb. Hazırlanan modemdə "əhaliyə maneə törədən divar", "tarazlıq" və "hamilə qadınlar" adlı üç bölmə var. Şirkət "hamilə qadınlar" bölməsinin seçiləndə radiasiyanın modem tərəfindən 70% azaldıldığını iddia edir.

Texnologiya nəhəngi Xiaomi şirkəti isə Qihoo 360 şirkətini qorxu yaymaqda ittiham edir, hamilə bölməsinin ancaq marketinq taktikası olduğunu irəli sürür. Xiaomi şirkəti “Facebook” sosial şəbəkəsindəki səhifəsində də "Wi-Fi – dan istifadə təhlükəsizdir. Lütfən, heç kim narahat olmasın” – deyə bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında da “Körpə təhlükəsizliyi Wireless Layihə" kampaniyası həyata keçirilir ki, bu layihəni həyata keçirənlər də kabelsiz radiasiyanın hamilə qadınlara və doğulmamış uşaqlara risk təşkil etdiyini bildirirlər.Dünya Səhiyyə Təşkilatı isə hələ də təqdim edilən məlumatların iddiaları sübut edəcək gerçəklikdə olmadığını söyləyir.

Şərhlər

Çox oxunanlar