Umud Mirzəyev "Avrasiya gündəliyi" portalının təqdimatında çıxış etdi - VİDEO

07.12.2015 16:03     Sosreaksiya     1983

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avrasiya Media Şəbəkəsi yanında təsis olunan “Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimat mərasimində Azərbaycan Mətbuat Şurası sədrinin müavini, BAMF-ın sədri, portalın təsisçisi Umud Mirzəyev portalın yaradılmasındakı əsas məqsədlərdən danışıb.

Reaksiya.az xəbər verir ki, Umud Mirzəyev diqqətə çatdırıb ki, bu sayt ümumilikdə qlobal, xüsusən isə regional münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində fikirlərin formalaşdırılması məqsədilə fəaliyyət göstərəcək. 

"Biz bu yola 1992-ci ildən çıxdıq. O vaxt Sovet İttifaqının dağılması onun müxtəlif guşələrində qanlı münaqişələrlə müşayiət olunurdu. Belə münaqişə ocaqlarından biri də Qarabağda alovlandı. Həmin ərəfədə müxtəlif bölgələrdən olan jurnalistləri münaqişə bölgəsinə aparmaqla mövcud informasiya blokadasından çıxmağa çalışırdıq. Bu gün də dünyamızda baş verən prosesləri ictimaiyyətə doğru-dürüst təqdim etmək kimi ağır bir məsuliyyəti öz üzərimizə götürməyə qərar verdik. “Avrasiya Gündəliyi” Avrasiya və ona yaxın olan ərazilərdə, postsovet məkanında baş verən hadisələrin, münaqişələrin, dünyada narahatlıq doğuran hadisələrin, gündəmdə olan problemlərin müzakirə müstəvisidir. Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərəcək portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alacaq", - BAMF sədri qeyd edib.

Umud Mirzəyevin təqdimat mərasimindəki çıxışını təqdim edirik:

 

Şərhlər