Operativ qərargahda müşavirə keçirildi

07.12.2015 17:06     Sosreaksiya     1944

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülü yaxınlığında yaradılmış operativ qərargahda müşavirə keçirilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hazırda operativ qərargahda olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, bu gün "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən 6 nəfərinin cəsədi tapılıb.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Eyni zamanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub, onlardan 29 nəfər itkin düşüb. 

Şərhlər

Çox oxunanlar