Aparıcı efirdə göz yaşlarını saxlaya bilmədi - VİDEO

08.12.2015 10:35     Sosreaksiya     2074

Neft yatağında itkin düşənlərin ailələrinə vida mesajları, son dəfə zəng edib dediyi sözlər hər kəsə kövrək anlar yaşadıb.

Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, itkin düşən neftçi İman Qasımovun həyat yoldaşına yazdığı sonuncu mesajı ANS TV-nin Xəbərçi proqramının aparıcısı Nigar Mahmudovanı da kövrəldib.

N.Mahmudova efirdə İ.Qasımovun mesajını sonuna qədər oxuya bilməyib. Aparıcı sonrakı xəbərin anonsunu da səsi titrəyə-titrəyə elan edib.

Həmin kadrları sizə təqdim edirik.

Şərhlər