"Azər İşıq" və "Azərsu"nun işçiləri öldü

08.12.2015 13:36     Sosreaksiya     2432

Sumqayıt şəhərinda bədbəxt hadisə baş verib.

Reaksiya.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Bundan başqa, dekabrın 7-də Mingəçevir şəhərinin "20 Yanvar" küçəsində təmir işləri aparan “Azərişıq” MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. O, xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər