Bakının əsas küçələrindən biri bağlanır

08.12.2015 17:38     Sosreaksiya     1722

Sabah Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Reaksiya.az xəbər verir ki, bu barədə məlumat Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilib.

Məlumata görə, Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. 

Təmir ilə əlaqədar hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik mədudlaşdırılacaq.

Şərhlər