Bu yollarda sürət həddi aşağı salındı

09.12.2015 10:06     Sosreaksiya     1791

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib.

Məlumata görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Şərhlər