Sağ qalan neftçi faciədən ilk görüntü paylaşdı - Qayığın içindən

09.12.2015 11:15     Sosreaksiya     2160

“Günəşli “ yatağında baş verən faciədə sağ qalan neftçi Bəhruz Babayev facebook hesabında həmin günə aid fotolar paylaşıb.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, neftçinin paylaşdığı fotolar faciə baş verən gün xilasetmə qayığından çəkilib. Fotolar dünən paylaşılsa da, neftçi bu gün facebook hesabını bağlayıb.

Xatırladaq ki, yanğın baş verən zaman neftçilərin bir hissəsi xilasetmə qayıqları ilə sağ qala biləsələr də, digər qayıqdakı neftçilərin hamısı dənizə düşüblər və hələ də, 23 nəfərin axtarışları davam etdirilir.

Sağ qalan neftçi faciədən ilk görüntü paylaşdı -  Qayığın içindən

Sağ qalan neftçi faciədən ilk görüntü paylaşdı -  Qayığın içindən

Şərhlər