Qazaxda mərmi partladı - 16 yaşlı oğlan yaralandı

09.12.2015 11:47     Sosreaksiya     2034

Azərbaycanın Qazax rayonunda mərmi partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, rayonun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə mərkəzə yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Valideynlərinin dediyinə görə, T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərmini götürən zaman mərmi partlayıb və xəsarət alıb.

Şərhlər