22 yaşlı gənc neft içdi - Gəncədə
09.12.2015 15:27 Sosreaksiya 2039
Şəmkir sakini intihar məqsədi ilə neft içib. Hadisə Gəncədə qeydə alınıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə şəhərin Nizami rayonu, C.Rəfibəyli küçəsində baş verib. Şəmkir rayonununMuxtariyyə kənd sakini, 1993-cü il təvəllüdlü Tamerlan Rövşən oğlu Ələsgərli kimyəvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.
22 yaşlı gəncə ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti ağır olaraq reanimasiya şöbəsində müayinəsini davam etdirir. Aparılan araşdırmalar nəticəsində onun neft içdiyi məlum olub. Məsələ ilə bağlı Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə məlumat verilib.
İdarədən hadisəyə səbəb kimi onu dedilər ki, Tamerlan Ələsgərlinin psixoloji problemləri olub və ehtimal edilir ki, bu səbəbdən də belə bir addıma əl atıb.
Faktla bağlı Gəncə Şəhər baş Polis İdarəsində araşdırma aparılır.
Şərhlər