Nardaran ziyarətgahının axundu həbs edildi

09.12.2015 17:20     Sosreaksiya     1842

Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.

Şərhlər