Metroda problem - qatarlar gecikdi

10.12.2015 10:03     Sosreaksiya     1888

Bakı metropoliteninin "28 may" stansiyasında qatarların hərəkətində gecikmə olub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev gecikməyə "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarlardan birində yaranmış texniki nasazlığın səbəb olduğunu bildirib. Nəticədə qatarın stansiyaya çatması gecikib.

Qurum rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib. Hazırda qatarlar əvvəlki intervalla hərəkət edir.

Şərhlər