Bakıda yanan binanın içindən son görüntülər - VİDEO

25.06.2015 13:23     Sosreaksiya     1988

Bu gün paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binanın yanmasından 38 gün ötür. 

Reaksiya.Az-ın məlumatına görə, ANS TV-də “Günə Baxan” verlişinin aparıcısı Elgiz Əkbər həmin binada olub və binanın son vəziyyəti ilə maraqlanıb. Hazırda bina əsaslı təmir edilir. 

Tanınmış aparıcı binada yaxınlarını itirənlərin bəzilərini studiyaya dəvət edib və həmin gün yaşananlara, onların ağrı-acısına bir daha ortaq olub. 

Qeyd edək ki, Binəqədi rayonunda 16 mərtəbəli binada yanğın hadisəsi fasaddan başlayıb. Binanın fasadı tezalışan maddə ilə üzləndiyindən alov qısa zamanda yayılıb. Nəticədə 15 nəfər ölüb, onlarla insan yaralanıb. Ölənlərdən dördü azyaşlı olub. 

Binada yaşamaq mümkün olmadığından sakinlər müvəqqəti olaraq dövlət hesabına kirayə mənzillərdə məskunlaşdırılıb. 

 

Şərhlər

Çox oxunanlar