Sabah hava necə olacaq?

10.12.2015 12:46     Sosreaksiya     1737

Bakı və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı, zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Şərhlər