"Müsəlman Birliyi Hərəkatı"nın İdarə Heyətinin üzvü həbs olundu

10.12.2015 15:15     Sosreaksiya     2075

"Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb. O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

Şərhlər