27 yaşlı qadın intihar etdi - Cəlilabadda

11.12.2015 09:38     Sosreaksiya     2099

Cəlilabadda intihar hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə ötə gecə Cəlilabad şəhərinin Heydər Əliyev prospektindəki fərdi evlərin birində qeydə alınıb. Cəlilabad şəhər sakini, 1988-ci il təvəllüdlü Gülnar Telman qızı Babayeva yaşadığı mənzildə özünü asaraq öldürüb.

İntiharın motivləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar