Azərbaycana konfetin içində narkotik gətirən iranlı axtarışa verildi

11.12.2015 10:31     Sosreaksiya     1937

Azərbaycanın hüquq-mühafizə orqanları konfetin içərisində ölkəyə narkotik gətirən İran vətəndaşını beynəlxalq axtarışa verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının vətəndaşı, 62 yaşlı Radmanesh Karkaj Suleyman Mahammad narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirləndirilir. Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, 62 yaşlı Radmanesh Karkaj Suleyman Mahammad bundan əvvəllər də Azərbaycana konfetin içərisində narkotik keçirərkən saxlanılıb.

Şərhlər