Bakı metrosunda sərnişin polisi döydü

11.12.2015 10:47     Sosreaksiya     1755

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb.

Reaksiya.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasında baş verib.

Belə ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Faris Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Şərhlər