İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb edildi

11.12.2015 11:58     Sosreaksiya     1964

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Reaksiya.az FHN-in saytına istinadən xəbər verir ki, hazırda FHN-ə məxsus “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Şərhlər