AMEA Dilçilik İnstitutuna direktor təyin olundu
11.12.2015 12:46 Sosreaksiya 1774
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, AMEA rəhbərliyinin qərarı ilə direktor vəzifəsini icra edən Möhsün Nağısoylu bu vəzifəyə təyinat alıb.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli M. Nağısoylunu kollektivə təqdim edib.
Qeyd edək ki, Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq dünyasını dəyişib.
Şərhlər