Bu ilin ən yaxşı “Apple” tətbiqləri açıqlandı - SİYAHI

11.12.2015 14:12     Sosreaksiya     2332

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti bu il ən yaxşı tətbiqlərini açıqlayıb.

Reaksiya.az Fins.az-a istinadən xəbər verir ki, siyahı “Apple”nin “iPhone”, “iPad”, “Apple TV”, “Mac” və hətta “Apple Watch” məhsulları vasitəsilə aktivləşdirilən tətbiqlər nəzərə alınmaqla hazırlanıb.

Reytinq cədvəlində 1-ci yeri Periscope” tutub. Bu tətbiqin bazara çıxarıldığı gündən keçən 10 gün ərzində 1 milyon abunəçisinin olduğu bildirilir. 

Şəkil düzəltmə tətbiqi “Enlight”, səhm ticarəti tətbiqi “Robin Hood”, istehsal vasitəsi “Workflow” və səhiyyə tətbiqləri “Lark” ilə “Fit Man Cook” kimi tətbiqlər də siyahının ilk sıralarında yer alıb.

“iPad” tətbiqlərinə diqqət etsək, Tiny Bopun hazırladığı “The Robot Factory”, siyahıya birincilik edir. Sözü gedən tətbiq uşaqların robot hazırlamasına, test etməsinə imkan verir.

Siyahıda yer almış məşhur tətbiqləri təqdim edirik 

“iPhone”

Periscope

Enlight

Robinhood

Workflow

Instagram

Lara Croft GO

Fallout Shelter

Mr. Jump

Dark Echo

Warhammer 40,000: Freeblade

 

“iPad”

The Robot Factory

HBO Now

Patterning

LiquidText

uMake

Prune

Rayman Adventures

Implosion

Her Story

Zodiac: Orcanon Odyssey

 

Şərhlər