“Bu, nə söhbətdir..?” - Xəbərdarlıq alan deputat
11.12.2015 15:47 Sosreaksiya 2040
Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında xalq artisti Zeynəb Xanlarovaya və yeni deputat Ülviyyə Həmzəyevaya xəbərdarlıq edilib. Buna səbəb onların toplantıya qatılmamasıdır.
Reaksiya.az Azvision-a istinadən xəbər verir ki, komitə sədrinin xəbərdarlıq etdiyi xanım deputat Ülviyyə Həmzəyeva açıqlamasında əvvəlcədən iclasa gələ bilməyəcəyi haqda məlumat verdiyini bildirib.
“Mən əvvəlcədən nə üçün iclasa gələ bilməyəcəyimlə bağlı Milli Məclisə məlumat vermişdim. Bu, nə söhbətdir? Mən işimə məsuliyyətli insanam. Belə səhlənkarlığa yol vermərəm”
Şərhlər