Beynəlxalq Avrasiya Mətbuat Fondu UNİCEF-ə təbrik ünvanladı
11.12.2015 17:00 Sosreaksiya 1865
Bu gün BMT-nin Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun (UNİCEF - United Nations International Children’s Emergency Fund) yaranmasından 69 il ötür.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) bu münasibətlə adıkeçən təşkilata öz təbriklərini ünvanlayıb.
Reaksiya.az xəbər verir ki, UNICEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ildə başlamış və səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı və iştirakı kimi sahələrə əhəmiyətli töhfəsini vermişdir.
BMT Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF - United Nations International Children’s Emergency Fund) adlandırılmışdır.
UNICEF təxminən 69 il bundan öncə ehtiyacı olan uşaqlara yardım etmək amalı ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmişdir və bu gün dünyanın demək olar ki, hər bir ölkəsində fəaliyyət göstərir. UNICEF 1993-cü ildən etibarən Azərbaycanda yaşayan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti, yerli QHT-lər və icma təşkilatları ilə tərəfdaşlıq edir. UNICEF-in ölkədəki rolu ölkədə müşahidə olunan sürətli inkişaf tempinə uyğun olaraq artır. 2007-ci ildə isə UNICEF Azərbaycanda fəaliyyətinin istiqamətini dəyişmişdir, ana və uşaqlara birbaşa yardımı təmin etmək əvəzinə təşkilat hal-hazırda uşaq qayğı və müdafiə sistemini ümumilikdə təkmilləşdirmək üçün tərəfdaşlarla çalışır.
Beynəlxalq Avrasiya Mətbuat Fondu 2011-ci ildən bəri, Azərbaycan Respublikasının regional gənclərinin indiyədək həyata keçirdiyi ən uğurlu layihələrdən biri olan- Azərbaycan Gənclərinə Dəstək Proqramını həyata keçirir. BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi ilə BAMF-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmiş “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin əsas məqsədi region gənclərini müasir dövrün çağırışları barədə maarifləndirmək, onlara yeni bilik və bacarıqlar aşılamaq, liderlik keyfiyyətləri formalaşdırmaq və gənclərlə bağlı qərarların qəbul olunması prosesində onların iştirakını dəstəkləmək və onların öz potensiallarından düzgün və məqsədyönlü şəkildə istifadə etmələrinə nail olmaqdır. Layihə Azərbaycan Respublikasında 2011-ci ildən həyata keçirilir. İlkin olaraq layihə Azərbaycanın yeddi rayonunda Bərdə, Ağdam, Tərtər,Yevlax, Goranboy, Tərtər, Ağcabədi rayonlarında həyata keçirilirdi. Sonradan isə layəhnin əldə etdiyi uğurlar nəzərə alınaraq layihənin əhatə dairəsi genişləndirilmiş və ümumilikdə on dörd rayonu Bərdə, Ağdam, Tərtər, Göygöl, Naftalan, Gəncə, Mingəçevir, Füzuli, Xocavənd, Ağdaş, Ucar, Laçın, İmişli, Saatlı rayonlarını əhatə etmişdir.
İnanırıq ki, AYAP layihəsinin növbəti mərhələsində 2016 – 2020-ci illər üzrə Ölkə Proqramının və Dəyişmə Nəzəriyyəsinə daxil ediləcək yeni çağırışlar və məqsədlər öz əksini tapacaqdır.

Şərhlər